Trusted Digital Security & Compliance Partner

Cyber Forensics PeşəFest-2026 tədbirində
Xəbərlər

Cyber Forensics “PeşəFest-2026” layihəsində iştirak edib

27 oktyabr 2026 PeşəFest-2026 Kibertəhlükəsizlik

Киберкриминалистика şirkətinin həmtəsisçisi və kibertəhlükəsizlik üzrə mütəxəssisi Aynur Khacay “PeşəFest-2026” çərçivəsində şirkətin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində mövcud imkanlar barədə məlumat verib.

“PeşəFest-2026” layihəsində iştirakımızın əsas məqsədi kibertəhlükəsizlik sahəsində çalışan və bu istiqamətdə karyera qurmaq istəyən mütəxəssislərin Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmış imkanlardan yararlanmasına dəstək olmaqdır.

Bununla yanaşı, tədbir çərçivəsində şagirdlər, tələbələr və digər iştirakçılar kibertəhdidlər, kiberhücumlar və kibertəhlükəsizlik sahəsində mövcud karyera imkanları barədə məlumatlandırılıb.

Kibertəhlükəsizlik sahəsində yeni mütəxəssislərin yetişdirilməsi vacibdir

Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı kibertəhdidlərin sayı və mürəkkəbliyi də artır. Gənclərin kibertəhlükəsizlik sahəsi ilə yaxından tanış olması və bu istiqamətdə bilik və bacarıqlar əldə etməsi xüsusi əhəmiyyət daşıyır.

Cyber Forensics olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmənin artırılmasını, yeni mütəxəssislərin yetişdirilməsini və gənclərin bu sahəyə marağının gücləndirilməsini vacib hesab edirik.

“PeşəFest” kimi layihələr şagird və tələbələrə müxtəlif peşələrlə yaxından tanış olmaq, sahə üzrə çalışan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirmək imkanı yaradır.

#PeşəFest #Sumqayıt #CyberForensics #Bakı #Azerbaijan #KiberMütəxəssis
Sosial media PeşəFest-2026 ilə bağlı paylaşım
Paylaşımı aç →